تبلیغات
دل نوشته های ایلچی خلخالی ( ائلچی بئی ) - Əyyub əminin yardıcı aləminə bir baxış
دوشنبه 24 خرداد 1395

Əyyub əminin yardıcı aləminə bir baxış

   نوشته شده توسط: ائلچی بئی    

Əyyub əminin yardıcı aləminə bir baxış

Sevgi naminə

Insan öz yaşayışında, ilkən hərnəyi ölçüyə salıb sonra yararlanıbdır, qalibə sığmayan ölçülərin üstü hələ də açılmayıb, bütövlükdə bəşər təməddün yolun gələ_gələ istəyib çətinliklərin aradan qaldırsın, amma gahdan öz gəldiyi yolun daş_kəssəyin götürüb özgənin yoluna tökəndə çaşqin yaradıbdır, biz bəşər tarixinin elmi üslubla araşdıranda uc_uca düyünlənmiş yüzilliklərin qatında qanlıqadalı solaxay dəhşətlər gözə dəyirsə, tərəzinin sağtayinda yum_yumuşaq incə sənət şeir və musiqi dayanır. Bəlkə də incə sənət olmasa ıdı bəşər tarixində və ictimai yaşayış fərqli olabilərdi, ilkən bu incə sənətin qatında eşq və sevgi ışıqlanır, irfan düşüncələrinin sırasında sayılan bölümlər, istəkdən başlansa da ikinci sırada sevgi üçünçü sırada sevgidən od alıb yanmaq anları gpz pnünə gəlir, yer tanrısıla alver edən yardıcı insan sevgidən alışıb yanmağı gahdan hayharaylı olmağına baxmayaraq elə göz oxşayan əsərlər yaradırkı günəşdən şuekə alan gözgö kimin hiyatın qaranlığı vərində ışıqlandırır.sevgi dən ot alıb yanan insanın içində olan xamlığı pişirdikcə özü bilmədən heyrət aləminə qapanır.ordadır ki sevgi ürəkdən iligə və ilikdən sümügə yol tapır.və bu insanın özlügündə bir ışıq yaranır.və həndə vərində olan qaranlığı ışıqlandırır.bir belə söz_sıra düzmək ilə siz hörmətli oxuculara bir şairdən söz açmaq istədim ki öz varlığında sevgi dən ot alıb yar yar deyə_deyə dərd üstə qurduğu qızıl kərpicli sarayın əl_əlvan çiraqlarıyla göy ulduzlarına qaş göz atır.bu altın qələmin sahabı AZƏRBAYCANın əllərdə qalan kəlbəcər rayunun məmməd səfi kəndində 1937_ci il tulludulu əyyüb cabbarov imran oğlu (əyyüb əmi) dən söz açıram.bu şair kənd təsərrüfat idarə sində (kişavərzi idarəsi) işləməyin baxmayaraq.AZƏRBAYCAN yazıçıları birliginin üzvüdür.indiyə kimi beş kitabın (ayrılıq görüşündən qabaq) (günahlı dünya) (ay arxadan baxan ellər) (əyyüb sənəm dastanı) (yamanca tutulduq qarğışa dağlar) məəllifi dir.əyyüb əmi göy pıçıltıları bir rəmz olaraq üz keçmiş haq nəfslu şairlər yünüs yünüs imrə və ya xodi abbas tufarqanlı və xəstə qasımdan pay alsada əyyüb əminin AZƏRBAYCAN aşıq ədəbiyyatı deyilən deca şeiryatında öz ləpirləri (ayaq rəddi)vardır.əyyüb əminin doğulub boya başa çatdığı bölgə eecazkar təbiətə malik olduğuna görə orada yaranan şairlərin yazıb_yaradıqları sıralar təbiətin yam_yaşıllığı olaraq.özüdə ipək saplarından bir belə xalça şəkili yaratmışdır.bu bəndi dinləyin lütfən
Səhər qaranlıqda qarşılaşanda

Çiçəklər diksinib pıçıldaşanda

Qayada kəkliklər qaq qılaşanda

Günəş dəli dağdan doğan anda gəl
Dəli dağın günəşi ilə hayatda göz açan əyyüb əmi şeir ilə anadan ekiz doğulmağına görə bir çılğın təbin ilə gözəllikdən vaz keçə bilmərəm deyə hələ gənc yaşlarından bir eyili iparı qızıl gül gülügürərkən onun qabağında diz çöküb belə sıralar düzmüşdür.
Mənim qızıl gülüm mənim ağ gülüm

Necə pardaqlanım leçəklənmisən

Hədər illərimi geri qarətarıb

Sən mənim ömrümdə kiçik lənmisən
Qocaman şairin şeirini əgər şah sarayında nə aslanmış tünc xırdalı çilçirağa oxşatsaq heç yanılmamışıq.nədən ki əgər o çirağı götürüb əldə silkələsək bir dənə sırqa da ondan qopub yerə düşməyəcək.bir_Birinə toxunan və bu sıralar gəlin boyun bağı imi eıə bir_birinə çalqaqlanıbdır.deyir ki onda axsaqlıq və salxalıq görə bilmərik.bu bəndi dinləyin lütfən.
Yadında mı piçiltili meşələr

Utancaq nərgizlər tər bənövşələr

Xan çınarda ayrılardıq bir təhər

Turaclar ötəndə ala turanlıq

Əyyüb əmi ala turanlıqda itirdigi kəlbəcərə üz tutanda yana_yana düzdügü sətirlər.qaçqınlıqda və didərginlikdə yaşamağı hər insanın göz önünə gətirib sümügünə bir ağır ağrı ötürür.bu bəndi dinləyin lütfən.

Baxaq görək əyyüb qismət nə vermiş

Qurbət dadın yaşayanlar bilərmiş

Ölməyəcəm kələbcəni görməmiş

Yaşayıram hələ canda gözüm var
Bir sözü açıqlamaq istəyirəm . Oda budur ki hər bir kimsə dünyanın hər bir bıcağında doğulub uşaqlıq və gənc ömürün yaşayıbsa ora onun dünya başlanış yeri sayılır.ömrünün axırının hara getməyin bilməsə də doğulduğu topraq onun başlanış dünyası deməkdir.çünki o topraqda təkcə doğulmayıb bəlkə öz boy_buxunu qə
d
ər o təbiətdən nəfəs alıb və öz dünyalıq düşüncə formasın o təbiətlə dügün_dügünə verib.indi gəlin görək öz varlığın kəlbəcərdə qoyduğu şairimiz öz itib_batan günlərini necə xatırlayır.
Qara gəldi doxsan üçün baharı

Qəm dəryası çalxandı bir ildi

Nağıllaşıb ölü dağlar kəlbəcər

Yollarının bağlandığı bir ildi

Daha doğrusu əyyüb əminin sevgilə bağlı yazdığı şeirlər daha güclü gedir.çünki bi şair zatən sevgi şairidir.olsun ki talei düz gəlməyində doğulduğu toprağı əldən verib yolunun yoqquşa dırmanan çağlarını çaçınlıqda yaşamışdı.sözünün gücünə arxayın olan şair öz istədigi sənəm adlı qıza yaxdığı şeirlər sözümün subutuna olaraq bir bəndin dinləyin lütfən

Danışırdım söhbətimi uymadı

Yaxınlaşdım yaxınına qoymadı

Əlli ildə sənəm məni duymadı

Bir qoşmam sənəmi elə tanıtdı

Yuxarıda yazdığım kimi yer tanrısıyla halallaşan incə sənət ustadlarımızın yaradığı sıralar gahdan insan xəstəliginin dərmanı olaraq (şeir musiqini) oxucular onu bir toxdadığı kimi oxuyub qayğılarına mərhəm qoyurlar.bu bəndi dinləyin lütfən

Dilimdə allahın duasındasan

Eşqimin qaysaqlı yarasındasan

Mənim ürəyimin arasındasan

Bu qəlbimin mehribanı sən oldun

Ürəyində gizli saxladığı məhəbbəti şair qələmə alanda daha doğrusu özünə qayıdıb yerdən göyə ışıq salan bir günəş kimi bütün ulduzlara qucağında yer verir.niyə ki sırrı açılmaz göylərin qatında sonsuzluq dayanır.bütün varlıq onun qoltuğuna sınığıb hay_harayın yoluna davam edir.gahdan darıxıb bu geniş sonsuzluğa sığmayan şair sevdigi yer tanrısıyla dərdin paylaşıb ona yalvar_yaxar eləyərkən dünya səndən mənə gərəkdir deyə belə muraciət edir

Sığardı qəlbimə dünya sən ilə

Sənsiz dünya mənə dardı kı dardı

Havasından gülüş yağan gözlərim

Həsrətindən ağlardı kı ağlardı

Buna inanırıq ki əyyüb əminin törəsi yaxın gələcəkdə işğal olunmuş topraqlarımızı alıb öz ata_baba sayılan kəlbəcərə üz tutacaqlar.
amma bir nisgili unutmayaqki tariximizin gərginlik anları olaraq kəlbəcər və yaxud qarabaq haqsızlığa məruz qalmış bir bölgə kimi qocaman şairimizin yazılarınd yüzilliklər ötdükcə əsir yaşayacaq, bu bəndi dinləyin lütfən

Nağıllaşan bir kəlbəcər varimiş
Başdan_başa qızıl xəxnə yığılmış
Mənim kimi yurd_yuvası dağılmış
Pilə səng obalar dururmu görən

spzümün sonunda bu kitabda 24 şeiri gedən nakam şairimiz yağub türbəsinin qabağında baş əyirik, uluq şairimiz əyyub əmiyə cansağlığı diləmə ilə bu kitabı kiril rus sırığından ərəb əlifbasıla türk dilinə köçürən dəyərli hünərmandimiz muslum canməndidən təşəkkür eləyib belə işlərimiz nin olsun deyə keçən genlərdə əyyub əmiyə ittəhaf yazdığım bir qoşma ıla gələn paylaşana qədər sizilə halallaşıram, hələlik

Hürmətlə elçibəy
Ənzəli limanı
10/3/1395

əyyub əmi

Sən kəlbəcər itirdin mən özlüyümü
Dəlir ürəyimi söz, əyyub əmi
Daşa yayı çəkirəm sözün oxunu
Qaytarır biləmə düz ayyub əmi

Zirvəyəm, zirvəsi qarsız olmuşam
Bir belə varımla varsız olmuşam
Bu günlər elə bir arsız olmuşam
Varlığın qorumur göz, əyyub əmi

Yamacda oturub dağ ağlayıram
Bəndindən qurumuş bağ ağlayıram
Gahdan dizlərimi daraqlayıram
Qaldıra bilmirəm üz, əyyub əmi

Hördü toprağımda hörümcək torun
Kim bizə tuş gəldi görsətdi zorun
Ana qucağında şəkilin görün
Sinəsin oxşayır köz, əyyub əmi

Daş dəydi şüşəyə mən cingillədim
Sənəmi oxudum səni dinlədim
Yağubu oxşadim hey ingələdim
Töküldü başımdan buz, eyyub əmi

"Elçibəy" istərəm öləm dərdimi
Ağlayam dərdimi, güləm dərdimi
Bir deyir səninlə böləm dərdimi
Sayını verməsin yüz, əyyub əmi

*sənəm: əyyub əminin sevdiyi bir qız adı olub

Yağub: əyyub əminin dünyasın dəyişmiş doğma_doğar şair qardaşıdır


foot complaints
شنبه 18 شهریور 1396 05:10 ب.ظ
Thanks very interesting blog!
rosiobrinley.weebly.com
شنبه 14 مرداد 1396 07:03 ق.ظ
I know this web page provides quality dependent articles and extra data, is there any other web site
which provides these things in quality?
manicure
شنبه 12 فروردین 1396 05:15 ب.ظ
I like the valuable info you provide in your articles.

I will bookmark your weblog and check again here regularly.
I'm quite sure I will learn lots of new stuff right here! Good luck
for the next!
درسا
دوشنبه 24 خرداد 1395 04:43 ب.ظ
سلام عزیز انتظار زیادی ازتون ندارم فقط دلم میخواد بهم سر بزنید و نطرتون را بگین و با هم تبادل لینک داشته باشیم منتظرم گلم
 
لبخندناراحتچشمک
نیشخندبغلسوال
قلبخجالتزبان
ماچتعجبعصبانی
عینکشیطانگریه
خندهقهقههخداحافظ
سبزقهرهورا
دستگلتفکر

آپلود نامحدود عکس و فایل

آپلود عکس

دریافت کد آپلود سنتر

آپلود عكس