تبلیغات
دل نوشته های ایلچی خلخالی ( ائلچی بئی ) - Zəlimxana ithaf

Qulluğunda oturuban sıxıldım

Savalanlan durmaq olmaz boyaboy

“Ruhani”də “Saritel”də çalınan

Sazımızda yarpaq olmaz boyaboy

Dodağından axan sözə bal dedim

Zəmanədən əbədiyyət al dedim

Sinəmizdə yaşa dedim qal dedim

Yaşayışda qalmaq olmaz boyabay

Təbriz dedin Dərbəd dedin Gart dedin

Ölkə dedin birlik dedin part dedin

Dəyirmançi!dənimizi dart dedin

Yasaq dilli torpaq olmaz boyaboy

Bakinizdan azan səsi sənin dir

Aşıq səsi ozan səsi sənin dir

Yasaqlari pozan səsi sənin dir

Həsrətilən yanmaq olmaz boyaboy

Kütə getdi təndirimdə çörəyim

Ağır oldu batman ustə çərəyim

Elçi budur ayrılığa dərəyim

Daşı dşa çalmaq olmaz boyaboy

Xalxallı Elçi –Baki-  2009/11/30

***

Ixtiyar Bəxşi üstad Xalxalli Elçinin istiqbalinə belə çixib:

Əllərimdə sınıq sazım səslənir

Budağımda solmuş yarpağlar əsir

Könül doğur şeir ü qəzəl bəslənir

Sınmış qələm yazmaq olmaz boyaboy

آپلود نامحدود عکس و فایل

آپلود عکس

دریافت کد آپلود سنتر

آپلود عكس